İstifadəçi rahatlığını təmin edən “Nar+” tətbiqinin yüklənmə sayı 1 milyonu ötüb. Hər gün on minlərlə abunəçinin sorğularına qısa zamanda cavab tapdığı, hesab üzərində lazım olan əməliyyatları saniyələr içində həll etdiyi tətbiq artıq 3 ildir ki, müştəri təcrübəsinin daha da yaxşılaşdırılmasına xidmət edir.
Xeberler.az bildirir ki, “Nar+” tətbiqi bir çox funksiyalarından əlavə, abunəçilər üçün rabitə xidmətlərinin şəffaflığını da təmin edir. Hər bir “Nar+” istifadəçisi müxtəlif abunə əməliyyatlarını rahatlıqla həyata keçirir və balansına tam nəzarət edir. Abunəçilər müxtəlif sorğuları ilə bağlı onlayn çat xidmətinə də müraciət edib suallarını ünvanlaya bilirlər. Tətbiqdən ən çox istifadə edənlər paytaxt Bakı ilə yanaşı Sumqayıt, Gəncə və Quba sakinləridir.
Müştəriyönümlü yanaşması ilə seçilən mobil operator “Nar+” tətbiqinin 1 milyon yüklənməsi münasibətlə yay kampaniyasının simalarından olan Cəfər Nəcəfovun Instagram səhifəsində sosial media istifadəçiləri üçün müsabiqə elan edir. Belə ki, müsabiqə paylaşımının şərh bölməsində tətbiqdə ən çox köməyinizə çatan funksiyanı qeyd etməklə dəyərli hədiyyələrdən birini qazana bilərsiniz.
“Nar” haqqında:
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri